Baş nazir fövqəladə və hərbi vəziyyətlə bağlı qərar verdi Hakimiyyət orqanlarının dayanıqlı fəaliyyəti üçün

13 Sentyabr 2018 11:02 (UTC+04:00)

Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

AzNews.az xəbər verir ki, dəyişikliyə əsasən, xüsusi təyinatlı telekommunikasiya şəbəkələri qurularkən, onların həm fövqəladə vəziyyətdə və bundan sonra həm də hərbi vəziyyətdə dayanıqlı işləmələri üçün ehtiyat hissələr nəzərdə tutulmalıdır.

Rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydalara hərbi vəziyyətlərdə də riayət olunacaq.

Həmçinin telekommunikasiya operatorları, sülh dövründə əməliyyat şəraitinin mürəkkəbləşdiyi halda və fövqəladə vəziyyətdə, eləcə də bundan sonra hərbi vəziyyətdə xüsusi əhəmiyyətli tədbirlərin və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə dövlət hakimiyyəti orqanlarının müraciəti əsasında əlavə telekommunikasiya kanallarını və birbaşa xətləri müvəqqəti istifadə üçün müvafiq qaydada ayrılacaqlar.

AzNews.az