“Eurovision-2019”un keçiriləcəyi şəhər bilindi - Video

13 Sentyabr 2018 14:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, müsabiqənin rəsmi Facebook səhifəsi profil fotosunu “Tel-Aviv 2019” olaraq dəyişib.

Qeyd edək ki, “Eurovision-2018” mahnı müsabiqəsinin qalibi olmuş İsraildə növbəti il keçiriləcək yarışmanın hansı şəhərdə olacağı ilə bağlı dəqiq məlumat yox idi.

Yarışmanın Qüdsdə keçiriləcəyi ehtimalı da mövcud idi.

Bu haqda "Eurovision"un icraçı direktoru Yan Ola Sand da video paylaşaraq məlumat verib.



Nurlan AĞA
AzNews.az