16 yaşlı oğlan balkondan yıxılıb öldü - Bakıda

13 Sentyabr 2018 16:37 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi ev 7, mənzil 33-də yaşayan, 2002-ci il təvəllüdlü Əhmədov Kamran Eldar oğlu yaşadığı binanın 4-cü mərtəbəsindəki mənzilin balkonundan yıxılaraq ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az