Rusiya Xəzərin dibi ilə boru kəmərləri çəkməyəcək

14 Sentyabr 2018 07:40 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov bildirib.

"Əslində, Rusiya və digər sahilyanı ölkələrinin Xəzərin dibi ilə müxtəlif təyinatlı minlərlə kilometr boruları çəkilib. Bu cür texniki boruların sayı yalnız çoxalacaq. Magistral, transxəzər borulara gəlincə isə, onların çəkilməsi planlarımızda yoxdur", - deyə Bratçikov "Kommersant" qəzetinə müsahibəsində bildirib.

AzNews.az