AzNews.az xəbər verir ki, rayon sakini Şahin Kərimov həyat yoldaşı Qumru Salayeva ilə mübahisə zəminində onu tüfənglə vurub.
Qadın aldığı güllə yaralarından Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Şahin Kərimov Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı ondan sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülərək istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bahar RÜSTƏMLİ
AzNews.az