Trampdan Çinə 200 milyardlıq “qulaqburması”

15 Sentyabr 2018 10:02 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən yazır ki, bu barədə “Bloomberg” adını gizli saxladığı dörd mənbəyə əsasən, xəbər verib.

Tramp ticarət və iqtisadiyyat birliklərindən Çinə qarşı sonuncu gömrük vergilərini həyata keçirmələrini istəyib.
Mövzu ilə bağlı görüşdə ABŞ maliyyə naziri Stiven Mnuçin, ticarət naziri Uilbur Ross, ticarət təmsilçisi Robert Liqzizer iştirak ediblər.

Digər tərəfdən isə maliyyə naziri Mnuçinin Çinə müzakirələr aparmaq üçün dəvət göndərdiyi bildirilir. Trampın bu dəvətə rəğmən Çinə əlavə vergi tətbiq etməsinin səbəbi olaraq isə ABŞ hökumətinin Çinlə razılaşma əldə etməsində təzyiq gördüyü xəbərləri göstərilir.

Bu barədə ABŞ prezidenti Twitter mikrobloqundan “biz Çinlə razılaşmaq üçün heç bir təzyiq görmürük, əksinə onlar bizimlə anlaşmaq üçün təzyiq altındadırlar. Bizim bazar durumumuz yüksəldiyi halda, onlarınkı çökür” – deyə, tvit atmışdı.

Nurlan AĞA
AzNews.az