AzNews.az-ın məlumatına görə, “Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva ziyalılar və jurnalistlərlə keçirdiyi görüşdə bildirib.
Onun sözlərinə görə, toplanacaq nümunələrin kataloq halına salınaraq nəşr olunması planlaşdırılır: “Muzeyin hazırladığı yeni fəaliyyət planına əsasən, Gürcüstanda yaşayan azərbaycanlılara məxsus maddi və mədəni irsin, xalq folklor nümunələrinin araşdırılması ilə bağlı da işlər həyata keçiriləcək”.
L.Əliyeva qeyd edib ki, M.F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi tərəfindən tanınmış dövlət xadimi və yazıçı Nəriman Nərimanovun əsərlərinin gürcü dilinə tərcümə olunması da nəzərdə tutulub.
O həmçinin bildirib ki, muzey istedadlı azərbaycanlı şagird, tələbə və gənclərin üzə çıxarılması və onların Gürcüstanın vətəndaş cəmiyyətinə inteqrasiyasına dəstək istiqamətində fəaliyyətini davam etdirəcək.
AzNews.az