Qasırğa 13 can aldı

16 Sentyabr 2018 12:21 (UTC+04:00)

AzNews.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu barədə "ABC News" xəbər verib.

Daha əvvəl 11 nəfərin öldüyü bildirilirdi.

Atlantik okeanında tüğyan edən "Florens" ABŞ sahillərinə cümə günü çatıb. Lakin sonra zəifləyib. Küləyin sürəti saatda 75 kilometri ötmür.

Təbii hadisənin tüğyan etdiyi yerlərdə daşqın təhlükəsi qalmaqdadır. Şimali və Cənubi Karolinanın 27 mindən çox sakini müvəqqəti sığınacaqlara yerləşdiriliblər. 900 mindən çox insan elektrik enerjisindən məhrum olub.

AzNews.az