30 şaxtaçı torpağın altında qaldı

16 Sentyabr 2018 16:12 (UTC+04:00)

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, xilasedicilər ölkənin şimalındakı Benqet vilayətində bağlı qalmış tuneldən 30 mədənçinin cəsədini çıxarıblar.

Torpaq sürüşməsi nəticəsində həmçinin daha 13 nəfər itkin düşüb. Hazırda həmin şaxtaçıların axtarışı əməliyyatı davam edir.

Bununla da "Manqhut" qasırğası qurbanlarının sayı 59 nəfərə çatıb.

AzNews.az