Fələstindən ABŞ-a etiraz

16 Sentyabr 2018 16:51 (UTC+04:00)

AzNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, Fələstin rəhbəri Mahmud Abbasın iştirakı ilə keçirilən FƏT-in icra komitəsinin toplantısında belə mövqe səsləndirilib.

“ABŞ hökumətinin İsrailin hərbi cinayətlərinə dəstək verməsi, Beynəlxalq Məhkəmə və onun baş hakimini təhdid etməsi beynəlxalq hüquqa müdaxilə və sayğısızlıqdır”, - FƏT icra komitəsinin bəyanatında deyilir.

Xatırladaq ki, Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Bolton verdiyi açıqlamada Beynəlxalq Cinayət Məhkəməsini ABŞ-ın müstəqilliyini və maraqlarını təhdid etməkdə ittiham edib.

Bildirib ki, ABŞ bu strukturla əməkdaşlıq etməyəcək.

O, prezidentin adından danışaraq əlavə edib ki, ABŞ öz haqlarını və müttəfiqlərini (İsraili) məhkəmə qərarlarından qoruyacaq.

AzNews.az