“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu hava limanında media nümayəndələri ilə söhbət edib. O, tərəfdarlarına təşəkkür edərək, klubdan ayrılmaq üzrə olduğunu deyib:
“Beşiktaş”ı sevirəm, amma futbolda bəzən vəziyyət qarışır. İstanbulda çox xoşbəxt idim, amma futbolda bir gün burda, başqa gün digər yerdə ola bilirsən”.
Neqredo baş məşqçi Şenol Günəşlə hər hansı probleminin olmadığını deyib: “Şenol Günəş yaxşı insandır, yaxşı məşqçidir. Yaşadığım problem maaşımla bağlıdır. Bu da mənə və kluba problemlər yaradır”.
Xatırladaq ki, Neqredo klubla iki mövsüm üçün 4 milyon 350 min avroluq müqavilə imzalayıb. Futbolçunun yüksək maaşla transferi məsələsi isə müzakirə mövzusu olmuşdu.
AzNews.az