AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu barədə özünün Twitter-dəki mikrobloqunda yazıb.
Kinq hesab edir ki, bu ada rejissor Frensis Ford Koppolanın “Xaç atası – 2” filmi layiqdir. Ekran işi yazıçı Mario Puzonun əsəri əsasında 1974-cü ildə çəkilib.
“Bir nəfər dünən həyatım boyu gördüyüm ən yaxşı filmin adını çəkməyimi istədi... “Xaç atası – 2”” - horror janrının kralı yazıb. O, daha sonra zarafatla əlavə edib ki, bütün gecəni bu barədə düşünübmüş, halbuki gərək yoxdur.
Stiven Kinqin romanları əsasında onlarla film çəkilib. “Şouşenqdən qaçış”, “Yaşıl mil” onların arasındadır.