Təcili yardım maşını meydanda xarab oldu, futbolçular isə... - Video

17 Sentyabr 2018 22:40 (UTC+04:00)

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Vasko de Qama” - “Flamenqo” matçının son dəqiqələrində meydan sahiblərinin futbolçusu Bruno boynundan ciddi zədələnib.

Zədələnən futbolçunu xəstəxanaya aparmaq üçün təcili yardım maşını meydana çağırılıb. Lakin, bu zaman avtomobil xarab olub. Çarəsiz qalan futbolçular avtomobili itələyərək hərəkətə gətiriblər.

Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb.

AzNews.az