“İdlibdə hərbi əməliyyatlar aparılmayacaq” - Şoyqu

17 Sentyabr 2018 23:21 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, Şoyqu bunu jurnalistlərə açıqlamasında Soçidə Rusiya və Türkiyə prezidentləri arasında aparılan danışıqların yekunu üzrə İdlibdə vəziyyətin sabitləşdirilməsinə dair qəbul edilmiş Memoranduma istinadən deyib.

Bundan əvvəl Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan İdlibdə hərbsizləşdirilmiş zonanın yaradılması barədə razılıq əldə ediblər.

AzNews.az