"Təyyarəni Suriya vurub, məsuliyyəti İsrail daşıyır" - Rusiyadan qəzəbli açıqlama

18 Sentyabr 2018 12:21 (UTC+04:00)

AzNews.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, Rusiya MN təyyarənin hakimiyyət qüvvələri tərəfindən vurulduğunu bildirib. Nazirlik bu durumla bağlı İsraili təqsirləndirib.

Açıqlamada təyyarəni israilli pilotların idarə etdiyi qeyd edilib. Bildirilib ki, həmin pilotlar bilərəkdən təyyarəni Suriya hava məkanına yönləndiriblər.
Nazirlik vəziyyətlə bağlı İsraili məsuliyyətsizlikdə təqsirləndirərək, bunu sui-qəsd kimi dəyərləndirib.

Qeyd edək ki, Rusiyaya məxsus hərbi təyyarə dünən axşam Suriya ərazisində vurulub. Nəticədə təyyarədə olan 15 nəfər ölüb.

Nurlan AĞA
AzNews.az