Tanımadığı şəxslər çobanı döydülər

18 Sentyabr 2018 18:47 (UTC+04:00)

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Quba rayonunun Xınalıq kənd sakini, 1979-cu il təvəllüdlü Xəyyam Əlirafiq oğlu Ramazanov yaylaqda olarkən naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb.

Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az