AzNews.az xarici mətbuata istinadən xəbər verir ki,məlumatda “USS Harry Truman” adlı təyyarə daşıyıcısı və onu müşayiət edən hücum bölüyünün Aralıq dənizindəki 6-cı donanmanın fəaliyyət göstərdiyi bölgədə əməliyyata başladığı qeyd edilib.
Əməliyyatın səbəbi kimi NATO müttəfiqləri, Avropa və Afrikadakı partnyor ölkələr, koalisiya birliklərinə dəstək, həmçinin ABŞ-ın Avropa və Afrikadakı milli təhlükəsizliyi qorumaq göstərilib.
6-cı donanmanın vitse-admiralı Liza Franketti “USS Harry Truman” təyyarə daşıyıcısının Aralıq dənizində olduğu müddətcə bütün növ su əməliyyatlarını yerinə yetirəcəklərini vurğulayıb.
Nurlan AĞA
AzNews.az