“Qəbul imtahanlarındakı dəyişiklik...” – Ekspert

21 Sentyabr 2018 17:47 (UTC+04:00)

Qeyd olunub ki, gələn tədris ilində ali məktəblərə qəbul olunmaq istəyən abituriyentlər üçün imtahan ballarının hesablanması qaydası dəyişsə də, ali məktəbə qəbul üçün maksimal bal yenə də 700 - burqaxılış imtahanlarında maksimal bal 300, qəbul imtahanlarında maksimal bal 400 olacaq.

AzNews.az-a yeni dəyişikliklərlə bağlı təhsil eksperti Etibar Əliyevin fikirlərini öyrənib. Ekspertin bildirib ki, kurikulum qaydaları şagirdlərin buraxılış və qəbul imtahanlarına daha da yaxşı hazırlaşmalarına təkan verəcək.

O, yəni buraxılış imtahanında maksimal 300 bal, qəbul imtahanında isə 400 bal olaraq, hesablanmasını yaxşı addım kimi qiymətləndirib: “Bu cür birləşmə daha keyfiyyətlivə rasional qəbulun keçirilməsinə gətirib çıxara bilər. Amma çox mühüm bir məsələni də qeyd edim ki, kurikulumların ən çox zərbə vurduğu fənn riyaziyyatdır. 9 illiklərin buraxılışında tədbiq olunan birinci mərhələdə açıq tipli 10 sual verilir ki, şagirdlərin 40%-də yuxarısı demək olar, o tapşırıqları yerinə yetirə bilmir. Nəticədə onların aldığı qiymət “0” olur. Bu mənada 9-cu sinif buraxılış imtahanında açıq tipli tapşırıqların sayı sabit qalacaqsa şübhəsiz ki, burda nəticələr yenə də aşağı səviyyədə olacaq. Bu da birmənalı şəkildə xeyli dərəcədə abituriyentin qiymətinin normal olmaması ilə nəticələnəcək. Ona görə də bir məsələ üzərində düşünməlidirlər ki, kurikulumlar riyaziyyat fənninə çox mənfi təsir göstərir. Bu məqsədlə 11-ci siniflər üçün açıq tipli test tapşırıqlarına yenidən baxılmalıdır. Əks təqdirdə buraxılış imtahanında yol verilən boşluq qəbul imtahanlarındada özünü göstərəcək”.

Səidə Nurməmmədli,
AzNews.az