Dünyadan bixəbər qəbilə aşkarlandı - Qadınlar meşədə... FOTOLAR

22 Sentyabr 2018 13:00 (UTC+04:00)

AzNews.az Amazon meşələri haqqında olan yazını təqdim edir:

Amerika qitəsinin kəşf olunmasının üstündən 500 il keçsə də, tamamən kəşf olunmamış bəzi yerləri var. Bu meşədə yaşayan qəbilələrdən ən böyüyü Yanomamidir. Onların dünya ilə heç bir əlaqəsi yoxdur.

Afrika və Orta Şərq qəbilələri kimi “anomami qəbiləsində də gənclər böyüklərin məsləhəti ilə ailə qurur. Qadınlar və uşaqlar düşərgədəki bağlarda gəzir, ərzaq toplayır, kişilər balıqçılıq və ovçuluqla məşğul olurlar. Qəbilənin böyükləri isə azyaşlıların tərbiyəsi ilə məşğuldurlar.

Burada adət-ənənələr nəsildən nəsilə ötürülür. Ticarət anlayışının olmadığı qəbilələrdə uşaqlara baxmaqdan tutmuş bütün işlər ortaq görürülür. Ən böyük düşərgədə 3 fərqli ailə yaşayır. Buna baxmayaraq, digər düşərgələrin heç biri düşmən gözü ilə görülmür.

Venesuela və Brazilya sərhədlərində yaşayan sayı 14 min nəfərə çatan qəbilədəki heç bir şəxs nə ölkə başçılarını tanıyır, nə də vergilərdən xəbərdardır.

Nigar CƏFƏR
AzNews.az