AzNews.az-ın məlumatına görə, ONN media xəbər verir ki, Ərdoğan BMT Baş Assambleyasının sessiyasında çıxış etmək, habelə miqrasiyaya dair yüksək səviyyəli iclasda iştirak etmək üçün Nyu-Yorka gedəcək.
R.T.Ərdoğan səfər çərçivəsində BMT baş katibi, bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə ikitərəfli danışıqlar keçirməklə yanaşı, ABŞ-ın işgüzar dairələri, türk və müsəlman icmalarının təmsilçiləri ilə də görüşəcək.
Onun ABŞ prezidenti Donald Trampla görüşünün keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil.
AzNews.az