Bu ideyası onunla müsahibə almaq istəyimizi bir qədər tezləşdirdi. Görüşümüzdə sözügedən ideyanın necə yaranmasından, aldığı təhsildən, ailəsindən, hobbilərindən, köhnə Bakıyla bağlı xatirələrindən, yeni dönəmdə iqtisadi sahədə qanun layihələrinə ediləcək dəyişikliklərdən və sairə məsələlər ətrafında söhbət etdik.
Beləliklə, parlamentin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin sədr müavini deputat Tahir Mirkişilinin müsahibəsini təqdim edirik:
- Bakıda 15 sentyabrda möhtəşəm parad keçirildi. Siz də həmin paradı canlı izləyirdiniz. Biz bir anlıq 100 il əvvəlki dönəmə qayıtdıq. Keçmişi izləmək sizdə hansı hissləri oyatdı?
- 15 sentyabr tarixi çox şərəfli bir tarixdir. İlk hissim ondan ibarət oldu ki, yaxşıdır vaxtilə babalarımız, əcdadlarımız bu şəhəri azad ediblər. Onlar o zaman qəhrəmancasına döyüşməsəydilər, bu gün nə Bakı şəhəri, nə də Azərbaycan olmazdı. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Burada çox böyük tarixi hadisələr olub. Paradda da o dövrün hərbi geyimlərində həm bizim, həm də Türkiyənin əsgərlərini gördük. Eyni zamanda iki dövlətin birliyinin və bağlılığının şahidi olduq. Müasir silah-sursatlar nümayiş etdirildi. Artıq heç bir qüvvə Bakını işğal edə bilməz. Dövlətimiz çox güclüdür. Ordumuz kifayət qədər güclüdür. Bu, insanda qürur yaradır. (qafqazinfo.az)
AzNews.az