Azərbaycan Milli mədəniyyətini, mətbəxini, adət və ənənələrini özündə əks etdirən festivalın təşkilinə Minsk şəhər İcraiyyə Komitəsi də dəstək göstərib.
AzNews.az Azərbaycan Respublikası Diasporlarla iş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, tədbirin çoxsaylı iştirakçıları arasında müxtəlif yerli dövlət nümayəndələri, şəhər meriyasının üzvləri, eyni zamanda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Elçin Soltanov, Azərbaycanın Belarusdakı Səfirliyinin nümayəndələri, Rusiyada yaşayan azərbaycanlı jurnalist, "MİSRA" xəbər portalının direktoru Fuad Abbasov və başqaları olub.
Festivalda Azərbaycan milli mahnı və rəqsləri iştirakçılara təqdim olunub, milli adətlərimizdən olan xınayaxdı mərasimi səhnələşdirilib, nərd oyunu və digər istirahət zonaları, aşpazların ustad dərsləri, milli xalçalarımızın və Azərbaycanın görməli yerlərinin, tarixi abidələrinin fotosərgisi təşkil olunub.
Eyni zamanda balacalar üçün heyvanlarla təmasda ola biləcəklər zoopark və digər əyləncələr iştirakçıların ixtiyarına verilib.
Festival çərçivəsndə təşkil olunan müsabiqələrin qaliblərinə isə müxtəlif mükafatlar, o cümlədən Azərbaycana səhayət paketi təqdim edilib.
AzNews.az