“Volvo” İsveçin qərbində elektrik yolları tikir

26 Sentyabr 2018 20:17 (UTC+04:00)

AZƏRTAC “Volvo” şirkətinin saytına istinadla xəbər verir ki, həmin layihə hazırlanıb və baxılması üçün İsveç Nəqliyyat İdarəsinə təqdim edilib.

Layihəyə görə, elektrik nəqliyyat vasitələri sahəsində təcrübəyə malik “Volvo Group”, elektrik avadanlığı və tramvayların hərəkətində istifadə edilən avadanlıq istehsalı üzrə ixtisaslaşmış Fransanın “Alstom” şirkəti və elektrik yollarının tikintisi üçün metodlar hazırlayan NCC konserni bu işə öz töhfəsini verəcək.

Yeni konsorsiuma 20-yə yaxın özəl və dövlət şirkəti, tərəfdaş qismində bələdiyyələr və bu texnologiyalara maraq göstərən akademik müəssisələr daxildir.

“Volvo Group”un baş texniki direktoru Lars Stenkvist deyib: “Hazırda “Volvo Group” şəhər yollarında hərəkət etmək üçün elektrik mühərrikli avtobus və yük maşınları təklif edir. Elektrik yolları atmosferə zərərli qazlar buraxmadan uzaq məsafəyə yükdaşımalarının öhdəsindən gəlmək üçün bir vasitə ola bilər”.

AzNews.az