Aşura günü 76 nəfərdə sifilis aşkarlanıb - Nazirlikdən açıqlama

28 Sentyabr 2018 15:30 (UTC+04:00)

Səhiyyə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Aşura günü qan verən 5 min 539 nəfərin qanı müvafiq qaydada yoxlanılıb. Onlardan 1 nəfərdə QİÇS, 96 nəfərdə Hepatit B, 116 nəfərdə Hepatit C, 76 nəfərdə sifilis aşkarlanıb.

Müayinələr B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının kliniki laboratoriyasında IFA (imunoferment ) metodu ilə həyata keçirilib.

Qanlar 4 infeksiyaya görə (HIV; HBsAg; HCV; Sifilis) yoxlanılıb.
Müayinələr zamanı sifilislə şübhəli olan şəxslər barədə Dəri zöhrəvi Dispanserinə, Hepatitə şübhəli şəxslər barəsində Gigiyena və Epidemiologiya Mərkəzinə, QİÇS-lə bağlı Respublika QİÇS Mərkəzinə məlumat verilib və həmin şəxslər təkrar müayinələrə dəvət olunub.

İnfeksiya baxımından şübhəli qanlar müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib.

Bahar RÜSTƏMLİ
AzNews.az