AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, son oyun günündə 4 görüş keçirilib.
MOİK 5-ci matçından da qalib ayrılaraq maksimum xalla “Sumqayıt-2” ilə birlikdə şərikli liderliyini davam etdirib.
“Kəpəz” mövsümdə ilk qələbəsini darmadağınla qazanıb. “Turan Tovuz” -“Zaqatala” oyununda qalib müəyyənləşməyib. “Səbail”in əvəzediciləri isə “Ağsu”nu məğlub edib.
28 sentyabr
“Kəpəz” - “Qaradağ Lökbatan” - 4:0
Qollar: Elgün Orucov, 14, 86; Elcan Kərimov, 38; Dieqo De Souza, 48
“Turan Tovuz” - “Zaqatala” - 1:1
Qollar: Sənan Qocayev, 75 // Roini İsmayılov, 3
“Şüvəlan” - MOİK - 0:1
Qol: Raul Yaqubzadə, 25
“Səbail-2” - “Ağsu” - 2:1
Qol:Emil Həsənzadə, 22 -pen. Xəzər Mahmudov, 79 // Elnur Səmədov, 83-pen.
Dünən qeydə alınan nəticələr isə aşağıdakı kimidir:
27 sentyabr
“Sabah-2” - “Keşlə-2” - 2:1
Qollar: Zahid Mərdanov, 45. Tural Qürbətov, 72 – Əsəd Məsimov, 48.
“Zirə-2” - “Neftçi-2” - 1:2
Qollar: Ülvi İbrahimov, 21 – Elnur Süleymanov, 45; 79.
“Sumqayıt-2” - “Qarabağ-2” - 3:0
Qollar: Murad Xaçayev, 28. Əli Əliyev, 34. Elvin Nəsibov, 71.
AzNews.az