Yaponiya Aya araşdırma aparatı göndərir

28 Sentyabr 2018 22:02 (UTC+04:00)

“iSpace” şirkətindən verilən açıqlamada şirkətin ABŞ kosmik xidmət və raket istehsalçısı “SpaceX”in Falcon 9 raketi ilə 2020-ci ildə aya kosmik aparat, 2021-ci ildə isə ayın səthini araşdırmaq üçün gəzən kosmik aparat göndərəcəyi deyilib.

“iSpace”in təsisçisi Takeşi Hakamada “SpaceX”in insanların kosmosda yaşamalarını fərziyəsini reallaşdırmağa çalışdığını deyib.

Qeyd edək ki, ABŞ-ın kosmos xidməti və raket istehsalçısı “SpaceX” Yaponiyalı milyarder Yusaku Maezavanı Aya göndəriləcyini açıqlamışdı. Ayın orbitindən keçmək üçün nəzərdə tutulan həmin səfərin 2023-cü ildə həyata keçirilməsi planlaşdırılır.(modern.az)

AzNews.az