250 aviareys ləğv olundu, səbəbi...

28 Sentyabr 2018 22:48 (UTC+04:00)

Tətillər İspaniya, Belçika, Niderland, Portuqaliya, İtaliya və Almaniyada davam edir.

Bununla əlaqədar olaraq bu gün üçün nəzərdə tutulan 2400 reysdən 250-i ləğv edilib.

Tətil iştirakçıları şirkət rəhbərliyindən iş şərtlərinin yaxşılaşdırılmasını, İrlandiya qanunvericiliyinin digər ölkələrə tətbiq olunmamasını tələb edir.

“Ryanair” bu tələbləri 2019-cu il ərzində icra etməyə hazır olduğunu bildirib.(trend.az)

AzNews.az