Azərbaycan - Malta oyununun biletləri satışa çıxarılıb

29 Sentyabr 2018 16:34 (UTC+04:00)

Azarkeşlər oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərini bu gündən əldə edə bilərlər.

Üç kateqoriya üzrə biletlərin qiyməti 2 - 5 manat, VİP yerlər üçün isə 10 manat təşkil edir.

Qeyd edək ki, milli komanda oktyabrın 11-də III tur çərçivəsində Farer adalarının qonağı olacaq. D Liqasında III qrupda yer alan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 2 xalla 3-cü pillədə qərarlaşıb. (report)

AzNews.az