Ölümlərin 12 faizi ürək tutmasından baş verir - Avropa Statistika İdarəsi

29 Sentyabr 2018 20:16 (UTC+04:00)

Bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) "Dünya ürək günü” ilə əlaqədar yaydığı məlumatda bildirilir.

Avropa ölkələrində infarktdan ən çox ölüm halları Litvada qeydə alınıb - 38 faiz. İkinci pilləni 29 faizlə Latviya tutur. İlk "üçlüy"ü 27 faizlə Slovakiya qapayır.

İnfarktın ən az müşahidə olunduğu ölkələr siyahısına Fransa və Hollandiya başçılıq edir - 6 faiz.

Ümumilikdə Avropa İttifaqında hər 8 ölüm halından biri infarkt səbəbindən baş verir.

Qeyd edək ki, Avropa İttifaqına üzv olan ölkələrdə ürək xəstəliyindən həyatını itirən kişilərin (53 faiz) sayı qadınların sayından (47 faiz) çoxdur. (qaynarinfo)

AzNews.az