Hərbçilərə saqqal saxlamağa icazə verildi

30 Sentyabr 2018 09:48 (UTC+04:00)

Bu barədə CBC telekanalı məlumat yayıb.

Bununla bağlı hazırlanan qanun layihəsində saqqala qulluq üçün təlimat var. Qeyd olunur ki, hərbi qulluqçular təhlükəsizliyin təmin edilməsi məqsədilə üzlərini qırxa bilərlər. Saqqal isə 2 santimetrdən uzun olmamalıdır. Saqqalın kənarları səliqə ilə qırxılmalıdır. Amma boyun və almacıq hissəsi qırxılmalıdır.

Qeyd edilir ki, təkcə quru qoşunlarının qulluqçularına saqqal saxlamağa icazə verilib.

Yeniliyin orduda mənəvi ruhu artıracağı və xidmətə daha çox kanadalıları cəlb edəcəyi gözlənilir. Kanada ordusunda saqqal saxlamağa qadağa İkinci Dünya Müharibəsi dövründən qüvvədə olub.(report.az)

AzNews.az