Azərbaycanlı qonşusunun dükanına silahlı basqın etdi - Ov tüfəngi ilə (Video)

1 Oktyabr 2018 12:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, daha əvvəl döymə sənəti ilə məşğul olan azərbaycanlı Çağlar D. ov tüfəngi ilə keçmiş qonşusu Hüseyn Kartozun zərgərlik dükanına daxil olub.

Başında papaq, üzünü isə bandana ilə bağlayan Çağlar qonşusuna “Bu bir soyğundur” deyib əlindəki tüfəngin dəstəyi ilə başına zərbələr endirib.

Daha sonra dükan sahibi ilə oğru əlbəyaxa olublar. Oğrunu dükandan çıxaran Kartozun köməyinə dükan sahibi olan qonşusu gəlib.

Azərbaycanlı oğru zərərsizləşdirildikdən sonra hadisə yerinə polis çağırılıb. (qafqazinfo)