Əfsanəvi “Rainbow” (“Göy qurşağı”) uşaq şousunun aparıcısı xəstəxanada ailə üzvlərinin əhatəsində vəfat edib.
Qeyd edək ki, “Rainbow” təkcə Britaniyada deyil, bütün dünyada uşaqların sevimli verilişi olub.
Ceffri proqramı 1973-cü ildən 1992-ci ilədək aparıb. O, bu verilişdən sonra televiziya sahəsində iş tapa bilməyərək supermarketdə satıcı, daha sonra isə taksi sürücüsü kimi çalışıb.(qafqazinfo.az)
AzNews.az