Azərbaycan nefti bahalaşdı

2 Oktyabr 2018 00:00 (UTC+04:00)

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 28-də 83,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,78 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 28-də 81,10 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,75 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 28-də 83,65 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,81 dollar/barel çoxdur.(trend.az)

AzNews.az