İstanbulun "Başakşehir" futbol klubunun oyunçusu Arda Turan polisə aparılıb.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, ifadə vermək üçün Beşiktaş rayonunda polis idarəsinə gedib. Məlumata görə, 3 saat davam edən dindirilmədən sonra Arda Turan idarədən ayrılıb.
Xatırladaq ki, tanınmış futbolçu Emirganda yerləşən əyləncə mərkəzində məşhur sənətçi Berkayla dalaşıb və nəticədə kəlləsi ilə onun burnunu qırıb.
AzNews.az