Saçlarınızın tökülməsini istəmirsinizsə.. - Şəkər, spirt və kofeindən uzaq durun

20 Oktyabr 2018 12:46 (UTC+04:00)

Saç tökülməsi ən arzu olmaz problemlərdən biridir. Bəzi şəxslər saçların töküldüyü zaman depresiyaya belə düşürlər.

AzNews.az saç tökülməsinin qarşısını alan qidaları təqdim edir:

Təbii qidalar- Təbii qidalar vacibdir, çünki kimyəvi tərkibi yoxdur. Kimyəvi maddələr, saç böyüməsinə müdaxilə edən endokrin pozucular kimi davrana bilir.

Balqabaq tumu- Balqabaq tumu sink baxımından zəngindir. Bu da saç sağlamlığı üçün əhəmiyyətlidir. Araşdırmalar, sink çatışmazlığının hipotiroidizm və saç tökülməsi ilə nəticələndiyini göstərir.

Təzə balıq- Təzə və təbii olaraq ovlanan balıqlar omeqa 3 yağları baxımından çox zəngindir. Omeqa 3 yağları iltihabının qarşısını alarkən, saç böyüməsinə və qalınlaşmasına kömək edir

Toxumlar- Chia, kətan toxumları saç böyüməsinə kömək ola biləcək lif və sağlam yağlar baxımından zəngindir.

Saç tökülməsinin qarşısını alan yağlar

- Hind sünbülü yağı saç uzanmasını sürətləndirmək və ağarmasını yavaşlatmaq üçün istifadə edilir. 2011-ci ildə aparılan bir araşdırmada bu yağın saçın uzanmağına təsir etdiyi görülüb.

Saçlarınızın tökülməsinin qarşısını almaq istəyirsinizsə şəkər, spirt və kofeindən uzaq durmağınız tövsiyyə olunur.

Nigar CƏFƏR

AzNews.az