Şişkinlikdən əziyyət çəkənlər üçün Detoks

21 Oktyabr 2018 13:03 (UTC+04:00)

Bəzən insanlarda köklükdən əlavə şişkinliklər olur, bunların fəsil dəyişkənliyi, hormonal və digər bir çox səbəbi var.

AzNews.az bədəninizi şişkinliklərdən azad edəcək formulu sizinlə bölüşür:

Tərkibi:
1 ədəd portağal
1 ədəd xiyar

1 dilim zəncəfil
1 ədəd limon
Bir neçə nanə yarpağı
Bir ovuc cəfəri

Hər birini 1.5 litr suya qataraq qarışdırın. Qarışığı 1 saat saxlayın. Ac qarına və gün ərzində suyu için. Hər gün bu qarışığı qəbul etməyiniz həm immun sisteminizin güclənməsinə, həm də bədəninizdəki şişkinliyin azalmasına kömək edəcək.

Nigar CƏFƏR

AzNews.az