Evdə siqaret çəkənlər cəzalanacaq

25 Oktyabr 2018 16:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu fikirləri "Ölkə.Az"a açıqlamasında Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli bildirib.

Komitə sədri deyib ki, ictimai yerlərdə siqaret çəkilməsinə qarşı qəbul edilən qanun çox proqressiv sənəddir: "Biz bu qanunu qəbul edən zaman dünyanın bütün mütərəqqi qanun təcrübələrini öyrənmişik. Hətta, biz bunun hansı ölkələrdə fayda vermədiyini də yoxlamışıq və bunun hansı ölkələrdə tətbiqində nöqsanlar olduğunu nəzərə almışıq. Artıq bu qanun layihəsi cənab Prezident tərəfindən də imzalanıb. Bu qanun ölkə əhalisinin sağlamlığını düşünən sənəddir. Bu həm də cəmiyyət mədəniyyətidir. İnsanlar bir-birinə hörmət etməlidir, bir-birini xəstəliklərdən qorumalıdır".

H.Rəcəbli qeyd edib ki, ictimai nəqliyyatda, o cümlədən avtomobillərdə, taksilərdə siqaret çəkilməsi yolverilməzdir: "Bir siqaret tüstüsünün tərkibində isə 40 min adda ziyanlı maddə mövcuddur. Bunun 50-si xərçəng xəstəlikləri yaradır. İndi avtomobildə kimsə siqaret çəkir, sonra orada başqa adam əyləşəndə, siqaret tüstüsü onun səhhətinə ziyan vurur. Bunun üçün də biz müvafiq qanun qəbul etmişik. Bu qanunun mahiyyətində təkcə siqaret çəkənin deyil, onun yanında olan digər insanların da sağlamlığı nəzərə alınır".

AzNews.az