Osmanlını, Atatürkü, Ərdoğanı tanımayan türk ailə- MAĞARADA YAŞAYIRLAR

2 Noyabr 2018 15:17 (UTC+04:00)

Türkiyənin “Koşan” dağında sivil dünya ilə əlaqəsi olmayan ailə tapılıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 80 yaşlı Hüseyn Teşar və ailəsi “Koşan” dağında yerləşən mağarada yaşayır. Hüseyn Teşar bu mağarada doğulduğunu, burda böyüdüyünü və başqa heç yerə getmədiyini bildirib. O qohumu Emine ilə evlənib və 10 uşaqları dünyaya gəlib. Uşaqlarının 5-i həmin mağaradan çıxıb və onlardan xəbər ala bilməyiblər. Digər 5 uşaq isə həmişə onların yanında qalıb. Ailənin heç bir fərdinin təhsili yoxdur, onlar Türkiyənin rəhbərinin kim olduğunu bilmir, hətta Atatürkü belə tanımırlar.

Qeyd edək ki, ailənin yanında qalan 5 uşaq danışmaq qabiliyyətini sonradan itirib, onlar aralarında yaratdıqları işarət dili ilə danışır.

Nigar CƏFƏR

AzNews.az