Qripdən necə qorunmalı?

5 Noyabr 2018 16:12 (UTC+04:00)

Havalar soyumağa başladıqda bir çox virus, xəstəlik yayılmağa başlayır.

Bunlardan biri də təhlükəsiz hesab olunan, amma böyük təhlükəsi olan qripdir.

AzNews.az qripdən qorunmaq üçün etməli olduqlarımızı təqdim edir.

1. Xüsusilə, təzə tərəvəz və meyvələr soyuq havalarda sağlam qalmaq üçün əvəzsiz vasitədir.

2.Yumurta, süd, balıq, ispanaq, kök, yaşıl bibər, ərik, yaşıl tərəvəzlər, sitrus meyvələrində olan A vitamini güclü antioksidandır.

3. C vitamini bədəndəki zərərli maddələrin atılmasına kömək edər, immunitet sistemini gücləndirər. Yaşıl bibər, cəfəri, ispanaq, portağal, limon, mandarin kimi qidalarda bol miqdarda C vitamini var.

4. E vitamini bədəndə antioksidan kimi fəaliyyət göstərir. Ən zəngin qaynağı; fındıq, qoz, badam, duru yağlar, yaşıl yarpaqlı tərəvəzlər.

5. Bal enerji verməklə yanaşı, ağız, boğaz və bronxlardakı infeksiyalarla mübarizə aparan təbii dərmandır.

6. Bitki çayları antioksidanla zəngindir. Böyürtkən, moruq çaylarına limon əlavə edərək içə bilərsiniz.

Nigar CƏFƏR

AzNews.az