Roma papası Azərbaycanı nümunə göstərdi

6 Noyabr 2018 17:21 (UTC+04:00)

Roma papası Fransisk Vatikanda Qafqaz dağ yəhudilərindən ibarət nümayəndə heyətini qəbul edib.

“Vatican News” xəbər verir ki, pontifik kədərlə müasir dünyada antisemitizmin mövcudluğunu qeyd edib.

Onun sözlərinə görə, xristianlar anti-semit ola bilməzlər, çünki xristian və yəhudilərin kökləri birdir. Roma papası ümid etdiyini bildirib ki, antisemitizm bütün dünyada məhv ediləcək:

“Mən hər zaman yəhudilərlə katoliklər arasında qardaşlıq və qarşılıqlı anlaşmaya əsaslanan dostluğun vacibliyini qeyt etmək istəyirəm. Mən hər şeyə görə, o cümlədən dostluğumuza görə təşəkkür etmək istəyirəm”.

Bununla bağlı danışan Papa Fransisk Azərbaycanı xatırlayıb:

“Azərbaycanda gözəl dinlərarası görüşləri xatırlamaq istərdim ki, burada dinlərin yarada biləcəyi harmoniyanı hiss etdim. Yalnız bir yol var – hər kəsə görə dua etmək və hər kəslə ünsiyyət qurmaq, mili nizəyə çevirmək, nifrət edildiyin zaman sevmək, təhqir edildiyin zaman bağışlamaq, dünya ilə harmoniyada yaşamaq”.

AzNews.az