İkibatareyalı noutbuklar gəlir – Yağışın altında da işləyir

14 Noyabr 2018 15:13 (UTC+04:00)

Dünyanın ən çətin iş şərtlərinə görə hazırlanan “Dell Latitude 7424“Rugged Extreme” “Dell Latitude 5424”, və “5420 Rugged” dizüstü komputerləri tam təhlükəsiz, rahat idarə edilən bir araya getirir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Dell”, “Rugged” ailəsinin ən yeni üzvləri olan “Dell Latitude 7424 Rugged Extreme” və “Dell Latitude 5424 ve 5420 Rugged” dizüstü komputerlərin təqdimatını edib.

Yeni komputerlər bütün nöqtələri test edilərək inkişaf etdirilib. Təhlükəsizliyi tam təmin olunan bu komputerlər daha geniş rəng şkalası ilə daha parlaq (1000-NIT) və daha kəskin, yüksək keyfiyyətli ekranlara sahibdir. Bunların sayəsində açıq və ya qapalı məkanlarda, yağış və ya günəş işığı altında daha çox işləmək imkanı yaranır.

Həmçinin 14 saatdan çox enerji saxlayan, işləyərkən dəyişdirilə bilən ikili batareyalar sayəsində dizüstü komputerlər ehtiyac duyduqca heç söndürlümədən işləməyə davam edirlər.

Bu noutbukların yeni nəsil İntel dört əsas prosessorları AMD qrafik çipləri, yüksək tutumlu depolama seçənəkləri və hər şəraitdə kontrolun əldə tutulmasını təmin edən qüvvətli yeni aktiv soyutma sistemi ilə müasir performans təqdim edirlər.

Elgün Mənsimov
AzNews.az