İsa peyğəmbərin 1500 illik rəsmi tapıldı

15 Noyabr 2018 09:00 (UTC+04:00)

İsrailin Nakab bölgəsində (Negev) Bizans dönəmindən qalan bir kilsənin qübbə divarında İsa peyğəmbərin rəsm edilmiş ikonik portreti tapılıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şifta kəndində miladdan sonra 6-cı əsrdə çəkildiyi iddia edilən rəsm Hayfa universitetinin sənət tarixçiləri və arxeoloqları tərəfindən incələnməyə başlanılıb.

Bir sənət tarixçisinin kəşf etdiyi divardakı rəsmdə İsa peyğəmbərin üzü və qısa qıvırcıq saçları görsənir.

Euronews bildirir ki, qısa saçlı ikonoqrafik sənətin Misir və Fələstində olduqca geniş yayıldığı və sonra Bizanslara verildiyi deyilir.

Kembric universitetindən verilən açıqlamada qeyd edilir ki, rəsmdə istifadə edilən boya, texnika və materiallar incələnir. Rəsmin görünməyən hissəsinin isə palçıq və toz içində qaldığı vurğulanır.

Babək Göyüş

AzNews.az