Rusiyada ilk dəfə monqol imperiyasının yaradıcısı Çingiz xanın heykəli qoyulacaq.
AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, heykəlin Kalmıkiyanın Ulan-Xeyeç qəsəbəsində qoyulacağı deyilir.
Bu haqda informasiyanı "Ulan-Xeyeç" Damazlıq zavodunun rəsmisi Eduard Akimov yayıb.
Onun sözlərinə görə, heykəl zavodun şəxsi vəsaiti hesabına quraşdırılacaq.
4 metr hündürlüyü olan heykəlin gələn ilin yazınadək açılacağı bildirilir.
Babək Göyüş
AzNews.az