Avtomobilinizin faraları belədirsə, bu üsuldan istifadə edin

22 Noyabr 2018 12:29 (UTC+04:00)

Avtomobillərimizi bir müddət idarə etdikdən sonra onların faralarının solduğunu, rəngini itirdiyini görürük. Onları dəyişmək vaxt və pul tələb etsə də, dəyişməmək də o qədər təhlükəlidir.

AzNews.az çox pul xərcləmədən faralarınızı əvvəlki vəziyyətinə necə qaytarmaq lazım olduğunu təqdim edir.

Əvvəlcə maşınınızın farasını azca isladın, daha sonra diş pastasını faralara sürtün. 2-3 dəqiqə parça və ya fırça ilə yaxşıca ovun. Təmiz su ilə qurulayın.

Bu üsuldan iki dəfə ard-arda istifadə edərək yeni faralara sahib olacaqsınız.

Nigar CƏFƏR
AzNews.az