2 yeniyetmə təyyarə qaçırdı - 24 kilometr sürdülər

23 Noyabr 2018 11:47 (UTC+04:00)

ABŞ-da iki yeniyetmə kiçik ölçülü Cessna markalı təyyarəni qaçırıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Yuta ştatının Censen şəhərinin özəl aerodromunda baş verib.

Associated Press agentliyi yeniyetmələrin 14 və 15 yaşları olduğu haqda informasiya yayıb.

Onlar təyyarəni sürərək 24 kilometr uzaqlıqda yerləşən Vernal Ricina aeroportuna eniblər.

Polislər yeniyetmələri həbs edib və Vernal şəhərinin istintaq təcridxanasına aparıb.

Babək Göyüş

© AzNews.az