Səudiyyə Ərəbistanına qar yağdı

24 Noyabr 2018 11:05 (UTC+04:00)

Hər zaman isti hava müşahidə olunan Səudiyyə Ərəbistanının Taif və Abha şəhərlərinə qar yağıb.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Taif və Abha şəhərində yağan şiddətli yağış qara çevrilib.

İntensiv yağış və qardan sonra şəhərlərdəki yolların çoxu buz tutub.

Səudiyyə Ərəbistanında son bir ay içində yağan yağışlar nəticəsində 35 nəfər həyatını itirib.

Nigar CƏFƏR
AzNews.az