Mədəniyyətimiz qədim hunlardan gəlib

30 Noyabr 2018 14:36 (UTC+04:00)

Xəbər verildiyi kimi Qazaxıstan silahlı qüvvələrinin Milli hərbi-vətənpərvərlik mərkəzində “Qazaxıstanın ilk prezidenti” gününə həsr edilən “Otan, yelbası, Jas Sarbas” adlı tədbir keçirilib. Tədbirdə prezident Nursultan Nazarbayev də iştirak edib.

AzNews.az Orta Asiya Xəbər Xidmətinə istinadən xəbər verir ki, Nazarbayev öz çıxışında millətlərarası razılıq və hörmət modelinin əsas meyarlarından söz açıb.

“Tarixə nəzər salsaq görərik ki, Qazaxıstanda çoxsaylı etnoslar yaşayıb. Yəqin hamınız Böyük Roma imperiyasının tarixini yaxşı bilirsiniz. Bu imperiyada ən çox hörmət millətə yox, vətəndaşlığa edilib. Romanın vətəndaşıdır. Əsas bu olub. Daha heç bir millətdən söhbət belə salmayıblar. Bu imperiyaya hansı xalq daxil olubsa, avtomatik olaraq imperiya vətəndaşı olub. Biz qazaxların mədəniyyəti də hunlardan, saklardan və Şərqdən Qərbə, Qərbdən Şərqə - bütün Türk imperiyalarından gəlib.

Qazaxıstanda yaşayan bütün xalqların borcu bu vətəni sevməkdir. Çünki bizim Qazaxıstandan başqa ölkəmiz yoxdur”. Nazarbayev belə deyib.

Babək Göyüş

© AzNews.az