Quru saçlara necə qulluq etməli?

3 Dekabr 2018 13:42 (UTC+04:00)

Uzun saçlar hər bir xanımın sevdiyi saç stillərindəndir. Amma uzun saçlara baxmaq da bir o qədər çətindir.

Uzun və quru saçlar isə ən çox baxım tələb edən saçlardandır. Bəs quru saçlarımızı necə qoruya bilərik?

AzNews.az quru saçlar üçün məsləhətləri təqdim edir.

- Banan, tərkibindəki A, C və E vitaminləri sayəsində saçınıza canlılıq və parlaq qazandıracaq və eyni zamanda sürətli uzanmasına kömək edəcəkdir.

- Zeytun yağı quru və mat saçların ehtiyacı olan nəmi qazandırır. Uzun müddətli nəticə əldə edə bilərsiniz.

- Quru saçların da yağı olur və bunlar saçın ehtiyacı olan yağlardır. Saçlarınızı tez-tez şampunla yumayın, saçının istehsal etdiyi təbii yağlar çox faydalıdır.

- İstidən uzaq saxlayın, əks halda saçlar daha da quruyacaq. Fendən istifadə etməyin, etdikdə çox aşağı dərəcədən istifadə edin.

- Bir qab ilıq suyun içinə 1 çay stəkanı alma sirkəsi əlavə edin və bu su ilə saçlarınızıdurulayın.

- Quru saçları doğru daraqla və nəm ikən aşağıdan başlayaraq yuxarıya doğru yavaş-yavaş daramağa diqqət edin.

- Saçlarını çox isti suda yumayın, ilıq su ilə yuyub, soyuq suda durulamalısınız.

- Süd və yumurta saç baxımında əsas maddələr arasındadır. Həftədə 1 dəfə bu qarışıma zeytun yağı da əlavə edərək saçlarınıza çəkə bilərsiniz.

Nigar CƏFƏR

AzNews.az