Milli Məclisin bu qərarında dəyişiklik edilir

24 Dekabr 2018 12:22 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" MM-in qərarında dəyişiklik edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyev, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarova, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Cavanşir Feyziyevin namizədliyi təklif edilib.

Qərar layihəsi Milli Məclisin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

AzNews.az