Jurnalistlərə “Beynəlxalq media vəsiqəsi” verildi

25 Dekabr 2018 10:48 (UTC+04:00)

Jurnalist Həmkarlar Ittifaqının (JuHİ) Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, təqdimat mərasimi BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) ofisində baş tutub.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, BJF təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” jurnalistlər üçün dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə etmiş jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir.

“Bununla yanaşı, kartın digər mühüm statusları da var. Vəsiqə sahibi olan jurnalist risqli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən diqqətdə saxlanılır. Bu halda təhlükə ilə üzləşən: təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir”, deyə Müşfiq Ələsgərli bildirib.

Məlumat üçün bildirək ki, “Beynəlxalq media vəsiqəsi” BJF-yə fərdi müraciətlərlə deyil, ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının zəmanəti əsasında verilir. Vəsiqəni əldə etmək üçün müəyyənləşdirilən şərtlər sırasında:

və sair kimi məqamlar daxildir.

Yerli üzv təşkilata (Azərbaycanda JuHİ) üzv olduqdan sonra vəsiqə üçün müraciət etmək statusu yaranır. JuHI üzvü olmaq istəyənlər təşkilatın ofisinə müraciət edə bilərlər.

2018-ci ilin sonu üçün “Beynəlxalq media vəsiqəsi” BJF-nin Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının üzvlərinə: Rumiyyə Tağızadəyə, Nərgiz Cavadzadəyə, Telman Məmmədova, Fəridə Ağazadəyə, Anar Məsimova, Əlisəfa Həsənova, Rauf Rəcəbova verilib.

AzNews.az